Mayın 1-i saat 02 radələrində "Binə" ticarət mərkəzinin qarşısından Bakı şəhər sakini Elbəyi Paşayevə məxsus "DAF" markalı avtobus qaçırılmış və saat 07 radələrində mühərriki dağılmış vəziyyətdə Neftçilər prospektində tapılıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Qaradağ RPİ 10-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtobusu qaçırmaqda şübhəli bilinən Gürcüstan vətəndaşı Qiorqi Kaadze mayın 1-də tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB