Cəlilabadda "KamAZ" atlını vurub öldürdü

Cəlilabadda "KamAZ" atlını vurub öldürdü

Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyunun 23-də saat 23 radələrində Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində Sumqayıt şəhər sakini O.Hacıyev idarə etdiyi “KamAZ” marakalı avtomobillə yolun kənarında atla hərəkətdə olan şəhər sakini Saleh Əzizovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş S.Əzizov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə