Göygöldə baş vermiş ağır yol qəzasında 29 yaşlı qadın dünyasını dəyişib

Göygöldə baş vermiş ağır yol qəzasında 29 yaşlı qadın dünyasını dəyişib

Göygöldə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

SİA xəbər verir ki, hadisə Gəncə-Toğana yolunun rayonun Aşıqlı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza zamanı bir nəfər - 1994-cü il təvəllüdlü Dürdanə Rəfi qızı Namazova dünyasını dəyişib.

Hadisə nəticəsində daha 4 nəfər - avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Goranboy sakini Namazov Elməddin Razim oğlu, onun sərnişinləri Gülnaz Namazova və daha iki qadın xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə