Biləsuvarda motosikletçini maşın vuraraq öldürüb

Biləsuvarda motosikletçini maşın vuraraq öldürüb

Biləsuvar rayonunun Nərimankənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyunun 22-də saat 16 radələrində Biləsuvar rayonunun Nərimankənd kəndi ərazisində Səmədabad kənd sakini V.Həmzəlinin idarə etdiyi “Toyota” markalı avtomobillə kənd sakini Ramin Nəzərovun idarə etdiyi “İJ” markalı motosikleti vurub. R.Nəzərov hadisə yerində ölüb.

Biləsuvar RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə