Axtarışda olan şəxs tutulub

Bakının Nərimanov rayonunda axtarışda olan şəxs tutulub. Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Nərimanov rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Qəhrəman Məmmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə