Göygöldə 29 yaşlı qadın qonşusu tərəfindən bıçaqlanıb

Göygöldə 29 yaşlı qadın qonşusu tərəfindən bıçaqlanıb

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

Belə ki, 29 yaşlı Rəvanə Novruzova Tofiq qızı qarından aldığı kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal qadın əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə 29 yaşlı R.Novruzova qonşu qadın tərəfindən bıçaqlanıb. Faktla bağlı Göygöl rayon polis şöbəsində araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə