Aprelin 29-u saat 14:30 radələrində metronun "Nəriman Nərimanov" stansiyasında Bakı şəhər sakini Tural Rəhimov və Sumqayıt şəhər sakini Vüsal Qasımov Nicat Quliyevə məxsus köşkdən gümüş boyunbağı və qolbağ götürüb qaçarkən Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulublar.
Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, aprelin 29-da Ramana qəsəbəsində İlham Abbasov Zaur Musayevi sözlə hədələyib 40 manatını aldığına görə Sabunçu RPİ 12-ci PB-nin əməkdaşları tərəfindən tutulub. Onun üzərinə baxış keçirilərkən 0,552 qram narkotik vasitə olan heroin aşkarlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB