Şirvanda sərxoş sürücü qəza törədib - FOTO

Şirvanda sərxoş sürücü qəza törədib - FOTO

Dünən gecə saatlarında, təxminən 23:00 radələrində Şirvan şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Şirvan Polis Şöbəsinin DYP bölməsinin inspektoru Sadiq Orucovun SİA-nın Aran bürosuna verdiyi məlumata görə, şəhərin Heydər Əliyev prospektində Hacıqabul rayonu istiqamətindən gələn, sürücü 1970-ci il təvəllüdlü Əsgərov Yunis Abas oğlunun idarə etdiyi "VAZ 2106" 52 BB 330 dövlət qeydiyyat nişanlı avtomobil qarşı tərəfdən gələn, sürücü 1985-ci il təvəllüdlü Hüseynov Natiq Ağahüseyn oğlunun idarə etdiyi "OKA" markalı 10 LS 148 dövlət qeydiyyat nişanlı nömrəli maşının hərəkət yoluna çıxb və sola dönmə əməliyyatı apararkən toqquşublar.

Nəticədə "OKA" markalı avtomaşın yoldan kənara çıxaraq aşıb, sürücü və sərnişin 1992-ci il təvəllüdlü Umudov Asiman Zakir oğlu, həmçinin digər maşının sürücüsü xəsarət alıb.

Baş vermiş hadisə ilə bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır. Şirvan xəstəxanasının travmotoloq həkimi Tofiq Hüseynovun məlumatına əsasən qəza nəticəsində "VAZ 2106"nın sürücüsü Əsgərov Yunis diz nahiyyəsini əzilməsi, "OKA"nın sürücüsü Hüseynov Natiq sol aşıq baldırın və dirsək oynağının əzilməsi, sərnişin Umudov Asiman isə burun nahiyyəsinin əzilməsi diaqnozu ilə Şirvan xəstəxanasına qəbul olunublar.

Qeyd edək ki, VAZ 2106 markalı avtomobilin sürücüsü Əsgərov Yunis sərxoş vəziyyətdə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə