Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Tovuz rayon sakini Füzuli Cəfərov avtomobili idarə edərkən saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə igörə, iyunun 16-da Abşeron RPİ-yə müraciət edən Bakı şəhər sakini M.Axundov iyunun 10-da Saray qəsəbəsi ərazisindəki bağ evinin həyətindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Füzuli Cəfərov Şəmkir rayonu ərazisində avtomobili idarə edərkən BDYPİ YPXA-nın əməkdaşları tərəfindən saxlanılmış və aidiyyəti üzrə təhvil verilib.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB