Göygöl rayonunun Balçılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə igörə, iyunun 18-də saat 22 radələrində Göygöl rayonunun Balçılı kəndi ərazisində rayon sakini Emin Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Füzuli Əsgərovu vurmuş və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Göygöl RPŞ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB