İki maşın toqquşdu: ata öldü, oğul yaralandı

İki maşın toqquşdu: ata öldü, oğul yaralandı

Xaçmaz rayonunun Pirquluoba kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə igörə, İyunun 18-də saat 18 radələrində Xaçmaz rayonunun Pirquluoba kəndi ərazisində kənd sakini A.Qadaşovun idarə etdiyi “Mercedes” və Qoçaqlı kənd sakini A.Nurəhmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşmuşdur. Nəticədə A.Nurəhmədov və sərnişini olan atası Şahvələd xəstəxanaya yerləşdirilib. Ş.Nurəhmədov orada ölüb.

Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə