Ağdam rayonunun Alıbəyli kəndi ərazisində “Mercedes” markalı iki avtomobil toqquşub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyunun 18-də saat 2 radələrində Ağdam rayonunun Alıbəyli kəndi ərazisində rayon sakinləri Ş.Əliyevin və İ.Rzayevin idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə Ş.Əliyevin sərnişini Ağdam rayon sakini Sərvan Baxışov hadisə yerində ölüb.
Ağdam RPŞ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB