Bakıda avtomobil betona çırpılıb, ölən var

Bakıda avtomobil betona çırpılıb,  ölən var

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyunun 17-də saat 17 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində İsmayıllı rayon sakini E.Mirzəyev idarə etdiyi “TOFAŞ” markalı avtomobili yolun kənarındakı beton dirəyə vurub.

Nəticədə avtomobildəki sərnişinlərdən Bakı şəhər sakin Natiq Kazımov hadisə yerində ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə