Bakıda 3 evdən oğurluq edilib

Xətai rayonu ərazisindəki 3 mənzildən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən iki şəxs saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 3 mənzildən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri C.Həsənov və əvvəllər məhkum olunmuş P.Mustafayev saxlanılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə