Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinənlər Balaxanı qəsəbə sakinləri M.Qasımov və E.Heydərov müəyyən edilərək saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyunun 15-də Bakı şəhər sakini E.Təhməzovun “VAZ-2106” markalı avtomobilinin qaçırılması barədə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinənlər - Balaxanı qəsəbə sakinləri M.Qasımov və əvvəllər məhkum olunmuş E.Heydərov müəyyən edilərək saxlanılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB