Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyunun 16-da saat 23 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini Bəhrəm Rzayevin idarə etdiyi “BMW” və Cəbrayıl rayon sakini S.Kərimzadənin idarə etdiyi “Renault” markalı avtomobillər toqquşub. Nəticədə B.Rzayev hadisə yerində ölmüş, iki sərnişini xəstəxanaya yerləşdiriliblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB