Qəbələ sakinindən silah götürüldü

Qəbələ sakinindən silah götürüldü

Qəbələ sakinində silah aşkarlanılıb. Bu barədə SiA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aydınqışlaq kənd sakini E.Yahyayevdən müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “BUM” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə