Gəncədə baba nəvələrini və yaxınlarını bıçaqladı - 1 ölü, 3 yaralı
Gəncədə dəhşətli ailə münaqişəsi yaşanıb.
SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Naftalan küçəsi adlanan ərazidə qeydə alınıb. İlkin məlumata əsasən, Quliyev Mahir Əliqara oğlu ailə münaqişəsi zəminində Gəncə şəhər sakini, 1967-ci il təvəllüdlü Ofeliya Həmid qızı Quliyevanı qətlə yetirib. Həmçinin 1984-cü il təvəllüdlü Günay Malik qızı Quliyeva, nəvələri, 2002-ci il təvəllüdlü Sevinc Elnur qızı Quliyeva və 2006-cı il təvəllüdlü Malik Elnur oğlu Quliyevi isə yaralayıb.
Hadisənin ailə münaqişəsi zəmnində baş verdiyi ehtimal edilir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB