Bakının Qaradağ rayonunda “BMW” markalı avtomobil aşıb - bir nəfər ölüb
Bakının Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
SİA xəbər verir ki, hadisə Bakı-Qazax şossesinin Qobustan qəsəbəsi ərazisinə düşən hissəsində baş verib.
Beləki “BMW” markalı avtomobillə “Renault” markalı nəqliyyat vasitəsi toqquşub. Zərbənin gücündən “BMW” markalı avtomobil aşıb.
Nəticədə “BMW”nin sürücüsü hadisə yerində ölüb. 1986-ci il təvəllüdlü Sadıqov İsmayıl Füzuli oğlu və daha bir nəfər - Musayev Vasif ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Ölən sürücünün şəxsiyyəti müəyyənləşdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB