Kür çayının Sabirabad rayonu, Quruzma kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1989-cu il təvəllüdlü Abdullayev İlham Əhəd oğlunun axtarışları başa çatıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, İ.Abdullayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB