Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun daha 3 mağazadan oğurluq etməsi də müəyyən olunub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Nərimanov RPİ 17-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 3 mağazadan ümumilikdə 1930 manat pul, 10.000 manat dəyərində 6 ədəd qol saatı, 600 manat dəyərində saat kəmərləri, danışıq kartları və tütün məmulatı oğurlaması da müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB