Narkotiklə məşğul olan şəxs tutuldu

Narkotiklə məşğul olan şəxs tutuldu

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini R.Surxayev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini R.Surxayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin, Xətai rayonu Əhmədli qəsəbəsindəki evindən isə 2 kiloqram 770 qram heroin, 170 qram metamfetamin, 4 ədəd elektron tərəzi, 10 ədəd tramadol və 1 ədəd preqabalin həbi aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə