Lənkərançayda batan şəxsin meyiti aidiyyəti üzrə təhvil verilib

Lənkərançayda batan şəxsin meyiti aidiyyəti üzrə təhvil verilib

Lənkərançay çayının Lənkəran şəhəri, Yuxarı Nüvədi kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2001-ci il təvəllüdlü Əliyev Elgün Asif oğlunun axtarışları başa çatıb.

SİA FHN-ə istinadən xəbər verir ki, E.Əliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə