Sabirabad sakinindən silah götürüldü

Sabirabad sakinindən silah götürüldü

Sabirabad rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, əməliyyatı Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçiriblər.

Əməliyyat tədbiri nəticəsində Qəzli kənd sakini F.Nuriyevdən müvafiq sənədləri olmayan "İJ-54" markalı ov tüfəngi götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə