Oğuzda iki avtmobil toqquşdu FOTO

Oğuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın məlumatına görə, hadisə bu gün axşam saatlarında Yevlax-Xaldan-Oğuz avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "VAZ - 21 015" və "VAZ - 21 011" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ - 21 011"in sürücüsü və "VAZ - 21 015"də olan 2 nəfər sərnişin xəsarət alıb.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, onlardan birinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə