7 yaşlı uşaq məktəbə silah gətirərək onu sinif yoldaşına satıb

7 yaşlı uşaq məktəbə silah gətirərək onu sinif yoldaşına satıb
Çox da böyük olmayan fövqəladə hal Nyu-Yorkun Kuins rayonunda yerləşən məktəblərin birində baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, aşağı sinifdə dərs alan şagirdin valideyni məktəbə həyacanlı gələrək müəllimənin stolunun üstünə həqiqi silah qoyub. Qadın bildirib ki, "oyuncağı" evə yeddi yaşlı oğlu gətirərək onu sinif yoldaşından 3 dollara aldığını söyləyib.
Məktəbin administratoru silahın sahibinin tez bir zamanda tapılması üçün polisə müraciət etmək məcburiyyətində qalıb. Polis tez bir zamanda 9 millimetrlik tam doldurulmuş seriyalı və nomrəli silahın sahibini tapıb. Silah onu məktəbə gətirən oğlanın atasına məxsus olub. Hazırda 54 yaşlı İqnasio Qalvan saxlanılıb və ifadə verir.
Xatırladaq ki, bu il ABŞ-da bir neçə bu tipli hadisə baş verib. Bu hadisələr heç də hər zaman təhlükəsiz bitmir. Bir müddət bundan qabaq ABŞ-ın Xyuston şəhərində baş verən bu tipli hadisədə 3 uşaq yaralanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə