Sumqayıt şəhərinin Sülh küçəsində “VAZ-21099” markalı avtomobillə yolu keçən İ.Şıxəliyeva vurulub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyunun 11-də saat 14 radələrində Sumqayıt şəhəri Sülh küçəsində Xaçmaz rayon sakini İ.Hacıyev idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən şəhər sakini İradə Şıxəliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB