Xətai rayonunda mənzildən 50 min manatlıq oğurluq olub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Xətai Rayon Polis İdarinin 35-cı Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər.
Əməliyyat-axtarış tədbirləri nəticəsində martın 20-dən iyunun 10-dək olan müddətdə rayon ərazisindəki mənzillərin birindən 50.000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri D.Borisov və R.Vəliyev saxlanılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB