Xırdalan şəhərində silahlı insident baş verib

Xırdalan şəhərində silahlı insident baş verib

Abşeron rayonu Xırdalan şəhərində silahlı insident baş verib.

SİA xəbər verir ki, Göyçay sakini, 1990-cı il təvəllüdlü Şirəliyev Ramil Namiq oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Verilən məlumata görə, Ramil Şirəliyev "Tir" tüfəngi ilə ehtiyatsız davranan zaman açılan atəş nəticəsində xəsarət alıb.

Hazırda o, xəstəxanada cərrahi əməliyyat olunur və vəziyyətinin ağır olduğu bildirilib.

Fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə