Keçmiş məhkum narkotik üstündə tutuldu

Keçmiş məhkum narkotik üstündə tutuldu

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Novxanı qəsəbə sakini T.Abuzərov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Abşeron RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Novxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş T.Abuzərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 460 qram marixuana aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə