İsmayıllıda ağır qəza, ölən var

İsmayıllıda ağır qəza, ölən var

İsmayıllı rayonunun Kürdmaşı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyunun 10-da saat 2 radələrində İsmayıllı rayonunun Kürdmaşı kəndi ərazisində kənd sakini İ.Bağırlı idarə etdiyi “Fiat” markalı avtomobili yolun kənarındakı hasara vurub. Nəticədə sərnişini Mahir Osmanov hadisə yerində ölüb.

İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə