Şəmkir rayonunda sürücü idarə etdiyi yük maşınını aşırıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Dağ Cəyi adlı kəndində qeydə alınıb.
24 yaşlı sürücü Elnur Qəniyev idarə etdiyi "QAZ 53" markalı yük maşınını aşırıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər Bakir Məmmədov ağır xəsarətlər alıblar. Yaralılar ilk olaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə gətirilib. Hadisənin yüksək surət səbəbindən baş verdiyi ehtimal edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB