Xətai rayonunun Nobel prospektində “BMW” markalı avtomobil aşırıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyunun 9-da saat 5 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini Tofiq Mütəllimov idarə etdiyi “BMW” markalı avtomobili aşırmışdır. Nəticədə xəsarət almış T.Mütəllimov və sərnişini Q.Mirişli xəstəxanaya yerləşdirilmiş, sürücü orada ölüb.
Xətai RPİ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB