Yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınmış sürücü Bakı şəhər sakini C.Məmmədov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Bakı ŞBPİ və Xəzər RPİ 3-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 27-də Binə qəsəbəsi ərazisində qəsəbə sakini Z.Məmmədzadənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış “QAZel” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini C.Məmmədov saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB