Polis quldurluq edən şəxsləri saxladı

Polis quldurluq edən şəxsləri saxladı

Quldurluq etməkdə şübhəli bilinənlər - E.Nuriyev və R.Səfərov polis əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyunun 7-də saat 21 radələrində Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş S.Məmmədovun sərxoş halda bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə RPŞ məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla S.Məmmədovun evinə qonaq gəlmiş əvvəllər məhkum olunmuşlar - Ağalarbəyli kənd sakini E.Nuriyevin və Şamaxı rayon sakini R.Səfərovun ona bıçaqla xəsarət yetirərək 190 manat pulunu almaları müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər - E.Nuriyev və R.Səfərov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə