Mingəçevir şəhərinin Samux küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyunun 8-də saat 19 radələrində Mingəçevir şəhərinin Samux küçəsində şəhər sakini F.Paşayev idarə etdiyi “VAZ-2109” markalı avtomobillə velosipedlə yolu keçən şəhər sakini Gündüz Məmmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş velosipedçi orada ölüb.
Mingəçevir ŞPŞ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB