Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb

Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb

Türkiyənin şimal-qərbində yerləşən Əskişəhir şəhərində aviaqəza baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ölkənin Hərbi Hava Qüvvələrinə məxsus "F-4/2020" markalı hərbi təyyarə havaya qalxdıqdan dərhal sonra yerə çırpılıb. Təyyarənin iki pilotu katapult edərək xilas olmağa müvəffəq olub.

 

Qəzanın başvermə səbəbləri barədə məlumat verilmir. Hadisə yerində müvafiq işlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə