Kürdəmir sakinindən silah-sursat götürüldü

Kürdəmir sakinindən silah-sursat götürüldü

Kürdəmir rayon sakinindən müvafiq sənədləri olmayan silah və patronlar götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, əməliyyatı Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Dəyirmanlı kəndində yaşayan S.Mazakovun evindən müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi və 24 ədəd patron aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə