Paytaxda həyət evlərindən oğurluq edilib

Binəqədi rayonu ərazisindəki 3 evin həyətindən oğurluq etməkdə şübhəli bilinən V.Xəlilov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 3 evin həyətindən ev quşu, su nasosu, məişət əşyaları və inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Xəlilov saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə