Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdrəsi əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini C.Həsənov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin, Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evdən isə 1,5 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə