Qobustan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyunun 3-də saat 18 radələrində Qobustan şəhəri ərazisində Çalov kənd sakini G.Günəşovun idarə etdiyi “VAZ-2107” və Şamaxı rayon sakini E.Əliyevin idarə etdiyi “MAN” markalı avtomobillər toqquşub. Nəticədə G.Günəşovun sərnişini, şəhər sakini Şamil İsrafilov hadisə yerində ölüb.
Qobustan RPŞ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB