Xaçmazda avtomobillə vurulan piyada ölüb

Xaçmaz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyunun 3-də saat 9 radələrində Xaçmaz şəhəri ərazisində şəhər sakini Ə.Bəşirov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə yolu keçən həmyerlisi Xanım Ələsgərovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə