Bakıda dağlıq ərazidə baş verən yanğın söndürülüb

Bu gün Bakı şəhəri, Binəqədi rayonunda dağlıq ərazidə yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən SİA-ya məlumat verilib.

Yanğın saat 14:37-də yanğınsöndürmə bölmələri tərəfindən söndürülüb.

Yanğın nəticəsində təqribən 35 ha sahədə quru ot və kol-kos yanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə