Bakıda qadına qarşı soyğunçuluq edildi

Bakı şəhər sakini S.Babayevanın çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 31-də Bakı şəhər sakini S.Babayevanın içərisində 540 manat pul, təqaüd kartı və sənədlər olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini B.Hacıyev və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş R.İsmayılov saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə