Avtomobil körpüdən aşdı: sürücü öldü, sərnişin xəsarət aldı

Masallı rayonunun Qəriblər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyunun 2-də saat 2 radələrində Masallı rayonunun Qəriblər kəndi ərazisində Yardımlı rayon sakini Müşfiq Kərimov idarə etdiyi "Niva" markalı avtomobili körpüdən aşırıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölmüş, sərnişini xəstəxanaya yerləşdirilib.

Masallı RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə