Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini R.Nəsirov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Masallı RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qızılağac kənd sakini, əvvəllər məhkum olunmuş R.Nəsirov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun “Toyota” markalı avtomobilindən marixuana, metamfetamin, heroin, evindən isə əlavə olaraq 435 qrama yaxın heroin və 164 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...