Ağdaşda bədbəxt hadisə baş verib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Ağdaş rayonunun Aşağı Qəsil kəndində iribuynuzlu heyvanın su kanalına düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. SİA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən heyvan su kanalından çıxarılıb və sahibinə təhvil verilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə