Soyğunçuluqla məşğul olan qardaşlar yaxalanıb

Soyğunçuluqla məşğul olan qardaşlar yaxalanıb

Aprelin 26-sı saat 04 radələrində R. Məmmədov küçəsində naməlum şəxslər Quba rayon sakini Elgün Ağayevi, Ağstafa rayon sakinləri Ramin Rüstəmovu və Emin Məmişovu döymüş, sonuncunun 600 manat pulunu alaraq qaçıblar.

Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Xətai RPİ 36-cı PB-Nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinənlər üç qardaş – İlkin, Elçin və Tural Qasımovlar yaxalanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə