Dünən 19:00 radələrində Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində 1 nəfərin ölümü 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosunun məlumatına görə, Bakı-Qazax yolunun 104-cü km-də "Opel" markalı 10 VC 829 dövlət qeydiyyat nişanlı avtomobil Bakı istiqamətinə hərəkətdə olarkən əks istiqamətdən gələn "Niva"markalı 37 BA 137 dövlət qeydiyyat nişanlı maşınla toqquşub. Nəticədə "Opel"də olan sərnişin Qurbanov Nizami Əmiraslan oğlu hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı BDYP-nin istintaq bölməsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB