Şirvan polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfəri saxlayıb. Cinayət işini araşdıran müstəntiqlər Şaiq Məmmədov və Firdovsi Əsədov SİA-nın Aran bürosuna bildiriblər ki, aprelin 23-də keçirilən əməliyyat tədbiri nəticəsində 1980-ci il təvəllüdlü Hacıqabul sakini Quliyev Pərviz Balaqardaş oğlu saxlanılıb və üzərinə baxış keçirilən zaman 46 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs dindirilmə zamanı bildirib ki, həmin narkotik vasitəni Hacıqabul sakini əvvəllər məhkum olunmuş 56 yaşlı Səfərov Fərman Hacıverdi oğlundan satış məqsədi ilə alıb. Adı çəkilən şəxsin mənzilinə baxış keçirilən zaman əlavə olaraq 9 qram marixuana aşkar olunaraq götürülüb. Hər 2 şəxs barəsində ilkin olaraq Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi başlanıb.
Bundan əlavə keçirilən əməliyyat tədbiri nəticəsində Şirvan sakini 1971-ci il təvəllüdlü İsmayilov Müşviq Əmrah oğlu şərti alıcıya narkotik vasitə olan heroin satıb. Həmin şəxs isə narkotik maddəni maşın çexolu tikməklə məşğul olan dərzi 1970-ci il təvəllüdlü Məmmədov Həbib Əvəz oğlundan satmaq məqsədi ilə aldığını bildirib. Həbib Məmmədovun çexol sexinə baxış zamanı əlavə olaraq heroin aşkar edilərək götürülüb. Hər 2 şəxs barəsində Cinayət Məcəlləsinin 234.2 maddəsi ilə cinayət işi başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB